Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi əlili Aqil Məmmədovun atasının yas mərasimi keçirilib

11 oktyabr 2025 | 13:19
Tərtər rayonunun Dəmirçilər kəndində Vətən müharibəsinin 3-cü qrup əlili Məmmədov Aqil Dünyazadə oğlunun atası Dünyazadə Məmmədovun yas mərasimi keçirilib.
 
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, eləcə də mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. Rəsmi şəxslər ailə üzvlərinə başsağlığı verərək onların kədərini bölüşüblər.
 
Qeyd edək ki, Vətən müharibəsinin 3-cü qrup əlili Aqil Məmmədov 1985-ci ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Talış–Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və Suqovuşan uğrunda döyüşlər zamanı yaralanaraq əlillik dərəcəsi alıb.
 
Aqil Məmmədov göstərdiyi igidliyə görə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
 
Mərhumun yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər