Tərtərdə üzməyi öyrənək layihəsi start götürüb.
21 aprel 2026 | 17:17
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Üzməyi öyrənək” layihəsinin VII mərhələsinə start verilib. 1-8-ci sinif şagirdləri üçün nəzərdə tutulan ödənişsiz üzgüçülük təlimləri bir ay davam edəcək və ümumilikdə 12 dərsi əhatə edəcək.
Təlimlər ölkənin 25 idman obyektində, o cümlədən Tərtər Olimpiya İdman Kompleksində də 21 aprel 2026-cı il tarixdən uğurla start götürüb.
Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.






