Tərtərdə üzgüçülük idman növü üzrə rayon turniri keçirilib.
29 iyul 2026 | 15:55
29 iyul 2026-cı il tarixdə Tərtər Olimpiya İdman Kompleksində Qarabağ RGİİ-nin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında üzgüçülük idman növü üzrə rayon turniri keçirilib. Turnirdə 20 nəfər iştirak etmişdir.
Yekunda qaliblər müvafiq diplomlarla təltif edilmişlər.






