Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Uşaqların zərərli informasiyadan qorunması”, “Narkomaniyaya yox deyək!”, “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzularında tədbir keçirilib

15 mart 2024 | 14:09

Tərtərdə “Uşaqların zərərli informasiyadan qorunması”,  “Narkomaniyaya yox deyək!”, “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzularında M.Qarayev adına Qaraağacı kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Qaraağacı kənd tam orta məktəbinin direktoru Rəşad Qarayev, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxış edənlər uşaqlar üçün zərərli informasiyanın onlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafınada pozuntu yaranmasına səbəb olan məlumatlar olduğunu bildirmişlər.

Həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər