Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda tədbir keçirilib

24 noyabr 2022 | 16:19

Tərtər Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2022-ci il noyabr ayının 24-də rayonun Buruc kənd tam orta məktəbində direktor müavinlərinin, uşaq birliyi rəhbərinin, psixloqun və məktəb üzrə fəal şagirdlərin iştirakı ilə “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Gənclər və İdman idarəsinin əməkdaşı Nəriman Nərimanzadə uşaqların maraqları və onların istəklərinin təmin olunması ilə bağlı 2021-ci və 2022-ci illərdə görülmüş işlər, keçirilmiş tədbirlər, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələri, onlarda uşaqların maraq və istəklərinə uyğun məktəbdənkənar tərbiyə müəssisəsində uşaq və yeniyetmələrin məşğul olduğunu bildiriblər.

Rayon Mərkəzi Xəstəxanasının həkimi Həqiqət Xanlarova öz çıxışında uşaqların fiziki sağlam böyüməsini önə çəkərək, bu sahəyə lazımi diqqətin ayrılmasını bildirmişdir.

Tədbidə həmçinin Tərtər Rayon Təhsil Sektorunun metodisti Gülxar Abbasova, Tərtər Rayon Polis Şöbəsi, Yetkinlik yaşına çatmayanlarla proflaktik işinin təşkili qrupunun baş inspektoru polis baş leytinantı Bəxtiyar Əliyev və məktəbin direktoru Niyaməddin Aslanov çıxış edərək bir sıra təkliflərini veriblər.

Məktəbin şagirdləri bu mövzu ilə əlaqədar olaraq müxtəlif mövzularda rəsmlər çəkmiş və müəyyən əl işləri hazırlamışlar.

Tədbirin sonunda uşaqların maraqları və onların istəklərinin təmin olunması istiqamətində bundan sonra da məqsədəmüvafiq işlərin aparılması, müxtəlif məzmunlu maarifləndirici tədbirlərin keçirilməsi qərar alınıb.

 

Keçidlər