Tərtərdə “Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” mövzusunda tədbir keçirilib
Tərtərdə “Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” mövzusunda A.Kərimov adına Tərtər şəhər 3 nömrəli ümumi orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova,Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanova, 3 nömrəli ümumi orta məktəbinin direktoru Kəmalə Əliyeva, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər uşaqlara qarşı zorakılığın aradan qaldırılmasında valideynlərin, müəllimlərin rolunun böyük olduğunu və uşaqlarla rəftarda daha diqqətli olmağı tövsiyə ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.