Tərtərdə “Uşaq Səfirlər Məclisi”nin nümayəndələri seçilmiş fəallarla görüş keçirib
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsi Tərtər rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Tərtər rayonun Şıxarx kənd 2 nömrəli tam orta məktəbində “Uşaq Səfirlər Məclisi”nin Tərtər rayon üzrə Regional nümayəndələri və nümayəndələrin əhatə dairəsinin genişləndirilməsi üçün seçilmiş fəallarla görüş keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsi Tərtər rayonu üzrə Təhsil sektorunun əməkdaşları, “Uşaq Səfirlər Məclisi”nin Tərtər rayon üzrə Regional nümayəndələri, seçilmiş fəallar iştirak ediblər. Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov seçilmiş fəallara fəaliyyətlərində uğurlar arzulayıb, məclisin fəaliyyəti, görüləcək işlər barədə məlumat verib.