Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqlar öz hüquqlarını niyə bilməlidir?” mövzusunda tədbir keçirilib

07 noyabr 2024 | 12:17

Tərtər şəhər İ.Məmmədov adına 2 nömrəli məktəb-liseydə “Uşaq hüquqları aylığı” çərçivəsində  “Uşaqlar öz hüquqlarını niyə bilməlidir?” mövzusunda  tədbir keçirilib.

 Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun baş inspektoru İlham Rəhimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayonu üzrə təhsil sektorunun metodisti-psixoloq Gülxar Abbasova, məktəbin direktoru Gülarə Əkbərova və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən bəhs etmişlər. Şagirdlərə hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları izah edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər