Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq öz hüquqlarını niyə bilməlidir?”, “Narkotikə yox deyək!” və “Təhsildən yayınma hallarının qarşısının alınması” mövzusunda tədbir keçirilib

21 oktyabr 2026 | 17:29

“Uşaq hüquqları aylığı” çərçivəsində  Rafiq Məmmədov adına Evoğlu kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qarabağ Regional Gənclər və İdman idarəsinin Gənclər sektorunun müdiri Orxan Fəxrəddinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ Regional bölməsinin aparıcı məsləhətçisi  İsmət Rəhimov, məktəbin direktor müavini Elçin Cəfərov,  məktəbin pedaqoji kollektivi və  şagirdlər iştirak ediblər.

Tədbirdə ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən bəhs edilmiş, şagirdlərə hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları izah edilmişdir.

 Çıxış edənlər narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlıqda yarada biləcəyi  ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.

Tədbirdə narkotik maddələrin qəbul edilməsinin insana fiziki, mənəvi  və psixoloji zərbə vurduğu da qeyd edilib, problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə olduğunu vurğulanıb.

 Həmçinin təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi də bildirilib və şagirdlərin dərsdən yayınma səbəbləri müzakirə olunub.

 Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Keçidlər