Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi və mənəvi məsuliyyət” mövzusunda tədbir keçirilib

23 oktyabr 2026 | 09:03

“Uşaq hüquqları aylığı” çərçivəsində  Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ Regional bölməsinin birgə təşkilatçılığı ilə Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qarabağ Regional Gənclər və İdman idarəsinin Gənclər sektorunun müdiri Orxan Fəxrəddinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ Regional bölməsinin aparıcı məsləhətçisi  İsmət Rəhimov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov,  məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Zülfiyyə Abdullayeva,  məktəbin pedaqoji kollektivi, valideynlər və  şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, onların təhsil almaq, öz fikirlərini sərbəst ifadə etmək və hərtərəfli inkişaf etmək hüquqları barədə danışıblar. Qeyd olunub ki, uşaqların hüquqlarının müdafiəsi cəmiyyətin hər bir üzvünün mənəvi məsuliyyətidir və onların gələcəyin layiqli vətəndaşları kimi yetişməsində ailənin, məktəbin və cəmiyyətin üzərinə mühüm vəzifələr düşür.

Çıxışlarda uşaqların hüquq və vəzifələri barədə maarifləndirilməsinin, onlarda qarşılıqlı hörmət, məsuliyyət və vətənpərvərlik hisslərinin formalaşdırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, belə tədbirlər şagirdlərin hüquqi biliklərinin artırılmasına, hüquq mədəniyyətinin və mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xidmət edir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər