Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarını pozmayaq” və “Uşaqlar öz hüquqlarını niyə bilməlidir?” mövzusunda tədbir keçirilib

12 noyabr 2025 | 00:00

A.Məmmədov adına Xoruzlu kənd tam  orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Rayon Qeydiyyat şöbəsinin rəisi Züleyxa Mustafayeva, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, Xoruzlu kənd İƏD-i üzrə nümayəndə Elçin Qasımov, məktəbin direktoru Elşən Səfərov, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Çıxış edənlər ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən bəhs etmişlər. Şagirdlərə hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları izah edilib. Uşaqlara qarşı baş verəbiləcək hüquq pozuntuları, uşaqların hüquq və azadlıqları barədə geniş məlumat veriblər. Hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallar araşdırılaraq, onlara lazımi hüquqi qiymət verildiyi və təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb olunmasından bəhs edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər