Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşağın ailədə və cəmiyyətdə hüquqları” mövzusunda tədbir keçirilib

07 noyabr 2024 | 17:21

Tərtər şəhər Şikar Şikarov  adına 5 nömrəli tam orta məktəbdə Uşaq hüquqları aylığı” çərçivəsində  “Uşağın ailədə və cəmiyyətdə hüquqları” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun inspektoru Sirac Əlizadə, Tərtər rayonu üzrə təhsil sektorunun metodisti-psixoloq Gülxar Abbasova, məktəbin direktoru Arzu Babayeva və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən bəhs etmişlər. Şagirdlərə hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları izah edilib.

Keçidlər