Tərtərdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda tədbir keçirilib
Tərtər rayon S.Zeynalov adına Kəngərli kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun inspektoru Sirac Əlizadə, Tərtər rayonu üzrə təhsil sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Kəngərli kənd tam orta məktəbinin direktoru Elçin Mirzəyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən bəhs ediblər. Şagirdlərə hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları izah edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.