Tərtərdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Narkomaniyaya yox deyək!” və “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” mövzusunda tədbir keçirilib.
F.Orucov adına Seydimli kənd tam orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Rayon Polis Şöbəsinin Şəxsi heyyət üzrə rəis köməkçisi-polis mayoru Samir Bayramov, Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili Elşən Əmrahov, YYÇPİTQ-nın baş inspektoru-polis baş leytenantı İlham Rəhimli, YYÇPİTQ-nın inspektoru-polis leytenantı Sirac Əlizadə, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Tərtər rayon Mərkəzi Xəstəxanasının həkim pediatrı-narkoloq Hicran Rəhimli, məktəbin direktoru Nurəddin İbrahimov, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Həmçinin uşaqlara qarşı zorakılıqla mübarizədə maarifləndirici tədbirlərin, valideynlərlə və uşaqlarla aparılan profilaktik söhbətlərin xüsusi əhəmiyyətindən bəhs edilib. Zorakılıq hallarının hüquqi cəhətdən məsuliyyət yaratdığını, o cümlədən milli-mənəvi dəyərlərimiz baxımından qəbul edilməz olduğunu diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






