Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Narkomaniyanın qarşısının alınması” və “Təhsildən yayınma hallarının qarşısının alınması” mövzusunda tədbir keçirilib.

07 noyabr 2025 | 10:04

E.Muradov adına Hacıqərvənd kənd tam  orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, rayon Polis Şöbəsinin Şəxsi heyyət üzrə rəis köməkçisi-polis mayoru Samir Bayramov, Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili Elşən Əmrahov, YYÇPİTQ-nın baş inspektoru-polis baş leytenantı İlham Rəhimli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, Tərtər rayon Mərkəzi Xəstəxanasının həkim pediatrı-narkoloq Hicran Rəhimli, məktəbin direktoru Sitarə Xəlilova, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirdə dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmaq tövsiyyə edilib. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Həmçinin təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər