Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə ümumtəhsil məktəblərinin şagirdləri arasında “26 fevral-Xocalı soyqırımı” faciəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilmişdir

23 fevral 2024 | 12:44

21-22 fevral 2024-cü il tarixlərdə Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsi Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Tərtər Uşaq Gənclər İdman və Şahmat məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında “26 fevral-Xocalı soyqırımı” faciəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilmişdir. Yarışa dörd yaş qrupları üzrə ümumilikdə 60 şagird qatılmışdır.

Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Böyük məsləhətçi–Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev, Uşaq Gənclər İdman və Şahmat məktəbinin təlimatçısı Fərəc Rzayev, Tərtər rayon ümumtəhsil məktəblərinin şagirdləri və Uşaq Gənclər İdman və Şahmat məktəbinin qrupları iştirak edib.

Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov və Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru  Emin  Quliyev çıxış edərək xalqımıza qarşı törədilən xəyanətlərdən, amansız soyqırımdan danışaraq bu hadisələrin Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd ediblər.

Sonra turnirə start verilib və yarış Olimpiya sistemi əsasında həyata keçirilib.

Keçidlər