Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub
10 may 2025 | 19:42
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədiri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsertdə Bakı şəhərindən dəvət olunmuş tanınmış müğənni Jalə Quluyevanın ifaları və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən hazırlanan konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.