Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə şahmat yarışı keçirilib

01 may 2024 | 17:40

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Qarabağ Regional Təhsil İdarəsi Tərtər rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Tərtər Rayon Uşaq Gənclər Şahmat Məktəbinin akt zalında rayonun ümumtəhsil məktəbləri arasında şahmat yarışı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Azərbaycan daha böyük yüksəlişə Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedir.

E.Əsədov onu da qeyd edib ki, bu gün Azərbaycan şahmat idman növü üzrə dünyanın ən güclü idmançılarına sahibdir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, şahmatçılarımız beynəlxalq yarışlarda dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.

Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun əməkdaşları çıxışlarında Azərbaycanda müasir müstəqil, demokratik dövlətin qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Bildiriblər ki, müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu bu gün uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin əsas məqsədi ölkəmizdə intellektual və kreativ gənclər mühiti formalaşdırmaqdır. Bu cür yarışların əsas məqsədi isə dövlətimizin gənclər siyasətinə dəstək vermək və gənc idmançıları üzə çıxarmaqdır.

Qalib gələn şagirdlər YAP Tərtər rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Sonda qaliblərlə birlikdə xatirə şəkli çəkildi.

Keçidlər