Tərtərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər" mövzusunda tədbir keçirilib
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Tərtər Bölgə Təcrübə Stansiyasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və ƏETİ-nin birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər" mövzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri a.e.ü.f.d. İmran Cümşüdov, AR Elm və Təhsil Nazirliyi Molekulyar biologiya və biotexnologiyalar institutunun baş direktoru Akademik İradə Hüseynova, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru te.n., dosent Zəfər Qurbanov, ƏETİ-nin direktoru, a.e.ü.f.d., dosent Faiq Xudayev, AR Elm və Təhsil Nazirliyi Botanika institutunun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva, AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AR Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və aqrokimya institutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Aviasiya Akademiyası Elmi-Tədqiqat institutunun direktor müavini, "Zeytun" Elmi istehsalat şirkətinin direktoru t.e.d., professor Telman Nizamov, "Fructus" MMC, "Aqro Dairy" MMC, "Moran Aqro", Azorganik KT İİ Kooperativi, Ağstafa ASK, Azəraqrar, "Qarabağ" Taxıl MMC, "Şabran Aqro Kompleks" MMC, Aqrovit, Aqrolab, "ELKIYAR" MMC, "Yalama Aqroparkı" MMC, "Şamkir-Aqropark" MMC, Gilan Holding, "Goranboy Agropark" və digər şirkətlərin, ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin, bölgə təcrübə stansiyalarının, təcrübə sınaq stansiyalarının rəhbərləri və nümayəndələri, Qobustan, Kürdəmir, Hacıqabul va digar rayonlardan olan fermerlər və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. Sonra o, "Tərtər rayonunda taxılçılığın vəziyyəti" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bitkiçiliyin mühüm sahələrindən olan taxılçılığın inkişaf etdirilməsi üçün dövlətimizin əlverişli şərait yaratması bu sahənin canlandırılmasına, inkişafına, keyfiyyətinin yaxşılaşdırılmasına, məhsuldarlığın yüksəldilməsinə, sahibkarların, ailə kəndli və ev təsərrüfatlarının taxılçılığa marağının artmasına gətirib çıxarmışdır.
Cari ildə rayonda 11 min 443.1 hektar dənli və dənli paxlalı bitkilər əkilmişdir. Dənli və dənli paxlalı bitkilər tərkibində payızlıq buğda və arpa əsas yer tutur.
Bu il 11 min 231.1 hektarda taxıl əkilmişdir. Onun 7092.4 hektarını buğda, 4138.7 hektarını arpa təşkil edir. Əvvəlki ilə nisbətən buğda əkini 3115 hektar və ya 78.3 faiz, arpa əkini 12.5 hektar və ya 0.3 faiz artmışdır.
İyun ayının 5-dən rayonda taxıl biçininə başlanılmışdır. Bu günədək 1701.5 hektarda biçin aparılmışdır. Arpa sahələrinin 40.8 faizi biçilmişdir. 1687.5 hektar arpa sahəsi biçilmiş, 7285.7 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 43.2 sentnerdir. Məhsuldarlıq əvvəlki ilə nisbətən 4.7 sentner artmışdır.
Sonra AR Elm və Təhsil Nazirliyi Molekulyar biologiya va biotexnologiyalar institutunun baş direktoru Akademik İradə Hüseynova "Yeni sortların yaradılmasında biotexnoloji metodların üstünlüyü", KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri a.e.ü.f.d. İmran Cümşüdov "Taxıl istehsalında innovativ texnologiyaların rolu", Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru te.n., dosent Zəfər Qurbanov "Aqrar sahənin inkişafı və kadr hazırlığı", ƏETİ-nin direktoru, a.e.ü.f.d., dosent Faiq Xudayev "Yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili", AR Elm və Təhsil Nazirliyi Botanika institutunun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva "H.Əliyev irsi və Azərbaycanda Bitki Biomüxtəlifliyinin qorunma strategiyası", AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov "İnnovativ texnologiyaların toxumların genetik tamlığının qorunmasında rolu", AR Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və aqrokimya institutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev "Azərbaycanda torpaq va su ehtiyatlarının səmərəli istifadəsi gələcək məhsuldarlığın əsasıdır", Aviasiya Akademiyası Elmi-Tədqiqat institutunun direktor müavini, "Zeytun" Elmi istehsalat şirkətinin direktoru t.e.d., professor Telman Nizamov "Dənli-taxıl bitkilərinin istehsalında ekoloji təmiz elektrofiziki -kimyəvi texnologiyaların əhəmiyyəti", Əkinçilk Elmi-Tədqiqat İnstitutunun Tərtər BTS-nin direktoru Rəşad Familzadə "Tərtər BTS-dǝ seleksiya işlərinin nəticələri" mövzularında çıxış ediblər.
Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış taxıl sortlarının nümayiş etdirilməsi və taxılçılıqda yeni innovativ texnologiyaların tanıdılmasından ibarətdir.