Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş minifutbol turnirinə start verilib

01 may 2025 | 15:28

Tərtər Rayon İcra Hakimiyətinin tədbirlər planına uyğun olaraq Tərtər Gənclər mərkəzinin stadionunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ilinə həsr edilmiş rayonun ümumtəhsil məktəbləri arasında minifutbol turnirinə start verilmişdir.

Turnirə 27 ümumtəhsil məktəbnin komandası qatılmışdır. Qeyd edək ki, turnir Olimpiya sistemi(uduzan çıxır) əsasında keçirilir.

Qalib komandalar Qarabağ Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunacaqlar.

Keçidlər