Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş stolüstü tenis yarışı keçirilib

01 dekabr 2022 | 17:27

1 dekabr 2022-ci il tarixdə Tərtər Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş məktəblilər arasında stolüstü tenis idman növü üzrə rayon birinciliyi keçirilib

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Orxan Qurbanzadə çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev ölkəmizdə idmanın yüksək səviyyədə inkişafını daim diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Gənclərə dövlət qayğısı bu gün də davam və inkişaf etməkdədir. Ölkəmiz möhtəşəm idman tədbirlərinə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Hər il Ulu Öndərin doğum günü ilə bərabər olaraq həm də anım günlərində də rayonumuzda silsilə idman tədbirləri keçirilir. Cari ildə də bu ənənə davam etdirilib. Bu yarışların keçirilməsində əsas məqsəd Ulu Öndərin əziz xatirəsini daim yaşatmaqdan, eləcə də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Maraqlı mübarizə şəraitində keçirilən yarışa rayonun 34 tam orta məktəbinin şagirdləri qatılıb.

Yekunda l yerin qalibi Bəyimsarov kənd tam orta məktəbin şagirdi Novruzlu Nicat Zəfər oğlu, ll yerin qalibi Hacıqərvənd kənd tam orta məktəbin şagirdi Nəbiyev Mirağəli İsbəndiyar oğlu, lll yerin qalibi Qazyan kənd tam orta məktəbin şagirdi Eyvazov Emil Alxas oğlu Tərtər rayon Gənclər və İdman idarəsinin müvafiq diplomları ilə təltif ediliblər.

Keçidlər