Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş boks idman növü üzrə xatirə turniri keçirilib
30 noyabr 2022-ci il tarixdə Tərtər şəhər 1 saylı tam orta məktəbin idman zalında boks idman növü üzrə turnir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışaraq, yarışın keçirilmə məqsədləri haqqında məlumat verib.
Yarışda ümumilikdə müxtəlif yaş qruplu 30 idmançı iştirak edib.
20-27 noyabr tarixlərdə Bakı şəhərində keçirilmiş boks idman növü üzrə yeniyetmələr arasında ölkə birinciliyində çempion olmuş Məmmədli Məhəmmədəli və yarışın qalibləri Tərtər rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif edilib.