Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
06 dekabr 2025 | 13:06
12 dekabr–Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər rayonunda silsilə tədbirlər həyata keçirilir. Bu çərçivədə Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayonda yerləşən məscidlərin ərazilərində ağacəkmə aksiyası təşkil olunub.
Aksiya zamanı Tərtər şəhəri, Azad Qaraqoyunlu, Hacıqərvənd, Qaynaq və Əskipara kənd məscidlərinin həyətlərində müxtəlif növ gül kolları və həmişəyaşıl ağaclar əkilmişdir.
Tədbirin məqsədi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı, dini ibadət yerlərinin abadlaşdırılması və ətraf mühitin yaşıllaşdırılmasına töhfə verməkdir.






