Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Tər-Tər Kuboku” uğurla başa çatıb

12 may 2025 | 11:18

10-11 may 2025-ci il tarixlərində Tərtər Olimpiya İdman Kompleksində Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Savat Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Tər-Tər Kuboku” təşkil olunub. Peşəkar hazırlıq, idmançı ruhu və dostluq abu havasında təşkil olunan turnirdə ölkənin müxtəlif bölgələrindən Savat idman növü üzrə yüzlərlə idmançı iştirak edərək yüksək səviyyədə mübarizə aparıb.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  çıxış edərək yarışda iştirak edən idmançıları salamlayaraq, onlara uğurlar arzulayıb.

Rayon rəhbəri bildirib ki, hər bir ölkə, eləcə də xalq üçün  sağlamlıq ən əsas vəzifə hesab edilir. Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilir.

Azərbaycanda idmana olan münasibət digər ölkələrə nümunə kimi göstərilməkdədir.

Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.  Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi- “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.

Yarışın sonunda Azərbaycan Savat Federasiyası tərəfindən qaliblər mükafatlndırılıb. 

Keçidlər