Tərtərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Qədəmin dəyən yerdə səhralarda gül açdı" adlı tədbir keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər rayon Təhsil Sektorunun dəstəyi, Uşaq Gənclər-Inkişaf Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Qədəmin dəyən yerdə səhralarda gül açdı" adlı tədbir keçirilib. Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin, Təhsil Sektorunun və YAP rayon təşkilatının əməkdaşları da iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra rayon mədəniyyət mərkəzində davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri rəqsləri, ifaları,Ulu Öndər haqqında təqdimatları, gözəl şeirləri ilə tədbirə rəng qatıblar.
Sonda il ərzində fəallıq göstərmiş dərnək üzvləri mərkəzin Diplomu və Fəxri Fərmanları ilə təltif olunublar.