Tərtərdə tullantıların idarə edilməsi istiqamətində işlər aparılıb
13 oktyabr 2025 | 09:50
Tərtər şəhərində bərk məişət tullantılarının yığılması və daşınması istiqamətində səmərəliliyin təmin edilməsi məqsədilə Tərtər şəhər İƏD üzrə nümayəndəlik tərəfindən hər birinin tutumu 0.8 kub metr olan 95 ədəd dəmir materialdan zibil konteyneri alınaraq şəhərdə mövcud yaşayış binalarının həyətində, küçə və prospektlərdə, bazar və digər əhalinin sıx yaşadığı yerlərə yerləşdirilmişdir.
Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən gündəlik olaraq tullantıların yığılması, daşınması və xüsusi ayrılmış ərazidə həmin tullantıların zərərsizləşdirilməsi həyata keçirilir.
Əziz sakinlərimiz hər birimiz fərd olaraq zibili zibil qutularına ataraq ətraf mühiti qoruyaq.






