Tərtərdə tarixi Zəfər Gününə hazırlıq işləri aparılır
06 noyabr 2024 | 11:07
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd edilir.
Bununla əlaqədar tarixə “qızıl” hərflərlə yazılan “08 Noyabr-Zəfər günü”nə Tərtər rayonunda hazırlıq işləri aparılır. Belə ki, Ali Baş Komandanımızın rəhbərliyi, Müzəffər Ordumuzun şücayəti ilə 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər ilə bağlı rayonun meydan və küçələrinə, inzibati binalara və digər ərazilərə dövlət bayraqları, plakatlar yerləşdirilir.