Tərtərdə tarixi Zəfər Gününə hazırlıq işləri aparılır
03 noyabr 2022 | 10:43
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.
Bununla əlaqədar tarixə “qızıl” hərflərlə yazılan “08 Noyabr-Zəfər günü”nə Tərtər rayonunda hazırlıq işləri aparılır. Belə ki, Ali Baş Komandanımızın rəhbərliyi, Müzəffər Ordumuzun şücayəti ilə 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər ilə bağlı rayonun meydan və küçələrinə, inzibati binalara, ticarət obyektlərinə və digər ərazilərə plakatlar yerləşdirilir.