Tərtərdə “Sülh aylığı”: Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Regional şöbəsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, icma sədrləri, rayonun din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib. Sülhün, əmin-amanlığın qarşısında duran ən böyük təhlükələrdən birinin məhz dini radikalizm və ekstremizm olduğu, bunun isə vətəndaş cəmiyyəti və demokratik dövlət üçün təhlükə mənbəyi hesab edildiyi vurğulanyıb.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Regional şöbəsinin aparıcı məsləhətçisi İsmət Rəhimov çıxış edərək bildirib ki, 1981-ci ildən etibarən hər il qeyd olunan 21 sentyabr - Beynəlxalq Sülh Gününün məqsədinin əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin, hüquq düşüncəsinin inkişafına, təbliğinə xidmət etmək olduğu bildirilib. Sülhün, əmin-amanlığın qarşısında duran ən böyük təhlükələrdən birinin məhz dini radikalizm və ekstremizm olduğu, bunun isə vətəndaş cəmiyyəti və demokratik dövlət üçün təhlükə mənbəyi hesab edildiyi vurğulanıb. İslam dininin sülh, qardaşlıq dini olduğu, bu dinin məqsədinin isə insanlar arasında olan ən gözəl münasibətləri təbliğ etdiyi qeyd edilib.
Eyni zamanda vurğulanıb ki, bu gün ölkəmizdə dini sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənir, hər bir din nümayəndəsi eyni hüquqlara malikdir.
Diskusiya şəklində davam edən tədbirdə YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Tərtər Cümə Məscidinin imam müavini Saleh Ədilov, Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri Mehriban Zamanova, Kubra İsaqova, Ağdərə şəhər İƏD üzrə nümayəndə Məzahir Qafarov, rayon Mərkəzi xəstəxanasının işçisi Könül Rəhimova da çıxış ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Regional şöbəsinin aparıcı məsləhətçisi İsmət Rəhimov iştirakçıları maraqlandıran sualları cavablandırıb.






