Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə sudan qənaətli istifadənin təmin edilməsi barədə maarifləndirici tədbir keçirilib

29 aprel 2025 | 17:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Tərtər Rayo Təşkilatının inzibati binasında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının müvafiq bəndinin icrası ilə əlaqədar su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsinə dair maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparatının Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin baş məsləhətçiləri Bəxtiyar Seyidov və Rəsul Rəhmanov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Vahid Bayramov, Tərtər rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədirləri və fermerlər iştirak ediblər.

Tədbirdə su ehtiyatlarının qorunması, səmərləri idarə olunması, qənaətli istifadəsi, mütərəqqi suvarma texnologiyalarının tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Diqqqətə çatdırılb ki, əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzərat tədbirləri həyata keçirilsin.

Keçidlər