Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə stolüstü tennis turniri keçirilmişdir

21 fevral 2023 | 14:31

21 fevral 2023-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı əsasında Tərtər OİK-də “Heydər Əliyev ili”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilmişdir.Turnirdə rayonun 28 ümumtəhsil məktəbinin şagirdi iştirak etmişdir.

Yarış başlamazdan öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Turnirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədova və Tərtər Gİİ-nin rəisi Emin Pənahov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin inkişafı üçün yazdığı strategiyadan və eləcə də idmana, təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq bildirmişlər ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim əbədi tutmaqdan ibarətdir.

Turnirin sonunda qalib olan idmançılar Tərtər rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif edilmişlər.

Keçidlər