Tərtərdə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda təlim keçirilib
Mayın 03-də Tərtərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda təlim keçirilib.
Təlimdə Tərtər rayonundan olan şəhid ailələrinin üzvləri və Qarabağ Müharibəsi iştirakçıları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həya keçirilir. O, qeyd edib ki, Dövlət tərəfindən həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşması üçün kompleks təbirlər görülür. Bəzi hallarda şəhid ailələri, müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallşadıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər. Bütün bu məsəllərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi layihə benefisarlarına dəstək olmağa hazırdır.
Təşkilat sədrinin müavini eyni zamanda qeyd edib ki, problemlərdən biri də şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericiliklə nəzərdə tutulan hüquqlar haqqında az məlumatlı olmasıdır. Bu məqsədlə layihə çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqları ilə bağlı maarifləndirici kitabça və bukletlər hazırlanıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış edərək layihənin əhəmiyyətindən və rayon icra hakimiyyət tərəfindən bu sahədə görülən işlərdən danışıb.
Daha sonra çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan sosial hüquqları barəsində geniş məlumat verib.
Qarşılıqlı diskusiya şəkilində keçirilən təlimdə iştirakçılara sosial siyasət və bu sahə üzrə qanunlar barədə müvafiq təlimatlar verilib və onların sualları cavablandırılıb.