Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə selin fəsadları aradan qaldırılır

01 may 2023 | 16:17

Aprelin 30-da axşam saatlarından başlayaraq yağan güclü yağışın yaratdığı sel nəticəsində rayonunun Dəmirçilər və Ağkənd kəndlərinə dəymiş ziyan aradan qaldırılır.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə gecə saatlarından başlayaraq zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolmuş sel suları nasoslar vasitəsilə çəkilir, yollardan və həyətyanı sahələrdən lil qatı təmizlənir, xüsusi texnikalar vasitəsi ilə su ötürücü arxlar işlənərək genişləndirilir. Hazırda ərazidə bərpa işləri davam etdirilir.

Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə sel hadisəsi baş vermiş Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər