Tərtərdə Şəhidlər Abidə Kompleksinin ətrafında iməcilik keçirilib
29 may 2023 | 11:24
Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq bu gün Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və könüllülərin iştirakı ilə şəhərin Heydər Əliyev prospektində yerləşən Şəhidlər Abidə Kompleksinin ətrafında iməcilik keçirilib. İməcilikdə ağac və gül kollarının dibləri alaq otlarından təmizlənərək suvarılıb. Abidənin ətrafındakı qərənfillər yenisi ilə əvəzlənib, təmizlik işləri aparılıb.