Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə şəhid Teyyub Həsənovun büstü ətrafında abadlıq və təmizlik işləri aparılıb

12 mart 2026 | 14:55

Tərtər rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, Tərtər şəhər Kommunal Təsərrüfat İdarəsinin əməkdaşları tərəfindən şəhid Həsənov Teyyub Mirzə oğlunun büstü ətrafında təmizlik və abadlıq işləri aparıblar. Ərazi əvvəlcədən təmizlənmiş, məişət tullantıları yığılaraq götürülmüş və şəhidin büstü rənglənmişdir.

Büstün ətrafına 50 ədəd eldar şamı əkilərək ərazidə yaşıllıq zolağı yaradılmışdır. Bu işlər şəhidin xatirəsinə hörmətin bir göstəricisi olmaqla yanaşı, şəhərin gözəlləşməsinə də töhfə verir.

Təmizlik və abadlıq işləri zamanı büst ətrafındakı yol və piyada səkiləri də təmizlənmiş, ərazi səliqəyə salınmışdır.

Keçidlər