Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə şəhid qardaşı, Vətən müharibəsi iştirakçısı Vüsal İsaxlının toy mərasimi keçirilib

05 noyabr 2022 | 16:12

Tərtər rayonunun Cəmilli kəndindən olan Vətən müharibəsi şəhidi İsaxlı Anarın qardaşı Vətən müharibəsi iştirakçısı Vüsal İsaxlının toy mərasimi keçirilib. Toy şənliyində veteranın  yaxınları, ailə üzvləri ilə bərabər, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Milli Məclisin  deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən müharibəsi qaziləri, veteranları, silahdaşları və kənd sakinləri də iştirak ediblər.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək, yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Zəfər günü ərəfəsində toy mərasiminin iştirakçılarını tarixi qələbə münasibəti ilə təbrik edən rayon rəhbəri 30 ildən sonra bizə qələbə sevincini yaşadan Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şəhid Anar və onun qardaşı Vətən mübaribəsi veteranı Vüsal kimi oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, Anarın da, Vüsalın da keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir. Şəhid Anar İsaxlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, şəhidin qardaşı Vüsal isə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.

Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər oğullar böyütdükləri üçün Vüsalın valideynlərinə öz minnətdarlığını bildirib.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.

Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran vətən müharibəsi veteranını təbrik edib, ona xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.

Keçidlər