Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə şəhid Məftun Əhmədzadənin ad günü məzarı önündə qeyd olunub

02 fevral 2023 | 16:38

12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan Tərtər rayon Evoğlu kənd sakini Əhmədzadə Məftun Seymur oğlunun doğum günü məzarı önündə qeyd olunub.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, YAP Tərtər rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Tərtər rayonunun Evoğlu kənd sakini 02 fevral 1996-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Əhmədzadə Məftun Seymur oğlu 12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Şəhid Məftun Əhmədzadə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər