Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Şəhid Ərəbov Polad Şəmşir oğlunun mövlud günü qeyd edilib

15 may 2025 | 17:21

15 may 1967-ci il  Ağdərə rayon Umudlu kəndinin adının mənasında olduğu kimi polad tək sərt və əyilməz iradəyə malik igid, qəhrəman şəhid oğlu Ərəbov Polad Şəmşir oğlunun mövlud günüdür. I Qarabağ müharibəsi xalqımız üçün ağrılı, amma həm də qəhrəmanlıq səhifələri ilə dolu olan bir tarixdir. Şəhid, Ərəbov Polad Şəmşir oğlunun keçdiyi döyüş yolu gələcək nəsillərə örnəkdir! Polad kimi qəhrəmanların doğum günləri sadəcə təqvimdəki tarix deyildir. Onlar bu xalqın yaddaşına əbədi həkk olunmuş müqəddəs günlərdir.

Dərin hörmət və ehtiramla anırıq!

Allah torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət eləsin.Qazilərimizə şəfa versin.

Keçidlər