Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə şəhid ailəsinin müraciəti qısa müddətdə həllini tapıb

25 avqust 2025 | 12:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mütəmadi olaraq həm İcra Hakimiyyətinin inzibati binasında, həm də yerli ərazilərdə vətəndaş qəbulları keçirilir. Bu görüşlərdə vətəndaşları narahat edən məsələlər yerində araşdırılır və mövcud problemlərin operativ həlli təmin olunaraq vətəndaş məmnunluğu diqqət mərkəzində saxlanılır.

Növbəti belə qəbul zamanı şəhid Taleh Məmmədovun anası Zəminə Hüseynova müraciət edərək yaşadığı küçədəki yararsız elektrik dirəyinin yenisi ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş edib.

Müraciət əsasında Tərtər Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə məsələ dərhal nəzarətə götürülüb və Tərtər Rayon Elektrik Şəbəkəsi tərəfindən sözügedən köhnə və istismara yararsız elektrik dirəyi yenisi ilə əvəz edilərək istifadəyə verilib.

Şəhid anası Zəminə Hüseynova qaldırdığı məsələnin qısa zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Keçidlər