Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinə dəstək təşəbbüsləri” adlı layihə çərçivəsində tədbir keçirilib

24 noyabr 2022 | 12:59

Noyabırın 22-də YAP Tərtər Rayon Təşkilatının qərargahında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinə dəstək təşəbbüsləri” adlı layihə çərçivəsində  şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranlarla görüş keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətin başçısının birinci müavini Elvin Umudov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov, aparatın digər məsul əməkdaşları, İctimai Birliyin sədri Emin Həsənli, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranlar iştirak ediblər.  

Görüşün əsas məqsədi dövlətin sözü gedən sosial kateqoriyadan olan vətəndaşlara şamil etdiyi imtiyazlarla onları tanış etmək, onlar arasında hüquqi cəhətdən maarifləndirmə və məlumatlandırma işi aparmaqdan ibarətdir. 

Sonda görüşdə iştirak edən şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin və veteranların sualları cavablandırlıb.

Keçidlər