Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 5 fərdi ev verildi

30 dekabr 2022 | 15:21

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda şəhid ailələri Seydimli kənd sakini İsmayılova Şirin Əsəd qızı, Əskipara kənd sakini Qasımova Niyar Hacı qızı, Hacıqərvənd kənd sakini Muradov Rəcəb Əli oğlu və birinci Qarabağ müharibəsinin ikinci qrup əlilləri Tərtər şəhər sakini Səfərov Cəmil Əmiraslan oğlu, Qaradağlı kənd sakini Quluyev Abil Rəhim olu üçün tikilmiş 5 fərdi yaşayış evi sahiblərinə təqdim olunub. 

Tərtər şəhər sakini, birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Səfərov Cəmil Əmiraslan oğlu üçün tikilmiş fərdi yaşayış evində fərdi evlərin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak ediblər. 

Bildirilib ki, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən genişmiqyaslı sosial dəstək tədbirləri davam etdirilir. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı da bu tədbirlərin mühüm tərkib hissəsidir. 

Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4500, ümumilikdə ötən dövrdə isə 13300 mənzil və fərdi ev verilib. 

Yeni evlərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər