Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli memarlıq irsimiz: tarixdən gələcəyə” adlı tədbir keçirilib

03 iyul 2026 | 11:18

Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının,eləcə də rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr iştirak ediblər.

 Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran məsələlərdən danışıb, şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat verib.O, Azərbaycanın zəngin tarixi-memarlıq irsinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən memarlıq irsinin mühafizəsinə xüsusi diqqət yetirilib. Bu siyasət bu gün də uğurla davam etdirilərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, tarixi abidələrin konservasiyası və restavrasiyası sahəsində ardıcıl layihələr icra olunur. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri, tarixi və dini abidələrin bərpası dövlətin milli-mədəni irsə həssas münasibətinin bariz nümunəsi kimi qiymətləndirilir.

Sonra YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev,Tərtərçay Hidroqonşagı  İstismarı İdarəsinin rəis müavini Şəmsi Musayev,şəhid qardaşı Yaşar Əliyev,tibb baçıları Aygün Mayliova,Şəfəq Yusifzadə,dizinfektor Mehriban Zamanova və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin əməkdaşı Lalə Kərimova çıxış ediblər. Çıxışçılar Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görüldüyünü, şəhərlərin simasının dəyişdiyini, yeni mikrorayonlar salındığını, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin inkişaf planları hazırlanaraq həyata keçirildiyini vurğulayıblar.Qeyd olunub ki, tarixi və memarlıq abidələrinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Ulu Öndərin siyasi kursu bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən memarlıq və şəhərsalma sahəsində böyük dövlət proqramları icra olunur, qədim ənənələr qorunmaqla şəhərlərimizin siması müasirləşdirilir. Bu gün Bakı dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən biri kimi tanınır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. Azad edilmiş ərazilərdə müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz, “yaşıl enerji” prinsiplərinə əsaslanan yeni şəhərlər və yaşayış məntəqələri salınır.

Həmçinin bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində tarixi və dini abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu təşəbbüslər milli memarlıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Keçidlər