Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

09 iyun 2026 | 14:58

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycanın şəhərsalma və memarlıq irsinə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbinə və şəhərsalma sahəsində görülmüş irimiqyaslı işlərə dair məlumatların ictimaiyyətə çatdırılması məqsədilə keçirilən tədbirlər davam edir.

Bu məqsədlə rayonun Bölgə Təcrübə Stansiyasında keçirilən maarifləndirici tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin,YAP rayon təşkilatının və Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları və Zona Təsrübə Stansiyasının kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər  sektorunun müdiri Zabil Paşayev ölkəmizdə şəhərsalma və memarlıq sahəsinin inkişaf tarixindən, Ümummilli Lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən bəhs edib. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri müasir şəhərsalma prinsiplərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

 Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin əhəmiyyətindən danışan  Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Zöhrab İsmayılov və Camal Hacıyev ölkəmizin zəngin memarlıq irsinin qorunması, şəhərsalma sahəsində həyata keçirilən islahatlar, eləcə də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri müasir şəhərsalma prinsiplərinin tətbiqinin bariz nümunəsidir.

Sonra  YAP rayon təşkilatının nümayəndəsi  Gündüz Alıkişiyev,Bölgə Təcrübə Stansiyasının müdiri Rəşad Familzadə çıxış ediblər, iştirakçılara Azərbaycanın memarlıq irsinin qorunması, şəhərsalma sahəsində həyata keçirilən dövlət siyasəti və bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər