Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

09 yanvar 2026 | 11:03

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tərtər şəhəri ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Tərtər Şəhəri Komunal təsərrüfatı idarəsinin və DOST MMC-nin işçiləri iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 400 ədəd eldar şamı və 600 ədəd həmişəyaşıl kolu əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Keçidlər