Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Səhər idmanı" layihəsinə start verilmişdir

18 sentyabr 2025 | 17:21

18 sentyabr 2025-ci il tarixində MDB Oyunları ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyinin "Səhər idmanı" layihəsi çərçivəsində Tərtər rayon "Gənclər parkı"nda "Səhər idmanı" həyata keçirilib.

Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyini artırmaq və səhər idmanını gündəlik vərdiş kimi formalaşdırmaqdan ibarətdir.

"Səhər idmanı"nda Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Tərtər Olimpiya İdman Kompleksinin əməkdaşları və məşqçi-müəllimləri iştirak etmişlər.

"Səhər idmanı" həftə içi 6 gün səhər saat 7:30-dan 8:30-dək təşkil edilir.

Keçidlər