Tərtərdə "Səhər idmanı" layihəsinə start verilib.
22 fevral 2026 | 18:20
20 fevral 2026-cı il tarixində Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Tərtər rayon Heydər Əliyev adına parkda Tərtər Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə "Səhər idmanı" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə 20 nəfər tələbə iştirak etmişdir.
Layihənin təşkilində əsas məqsəd sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin artırılmasından ibarət olmuşdur.






