Tərtərdə "Səhər idmanı" layihəsi həyata keçirilib.
21 avqust 2026 | 15:31
21 avqust 2026-cı il tarixində Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Tərtər rayon Heydər Əliyev adına parkda Tərtər boks məktəbinin idmançılarının iştirakı ilə "Səhər idmanı" layihəsi çərçivəsində tədbir keçirilib. Layihədə 30 nəfər idmançı iştirak etmişdir.
Layihənin təşkilində əsas məqsəd sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin artırılmasından ibarət olmuşdur.






