Tərtərdə sakinlərin istirahəti üçün yeni imkanlar yaradılır
Tərtər bələdiyyəsi tərəfindən şəhərin abadlaşdırılması və əhalinin asudə vaxtının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlərin davamı olaraq şəhərin mərkəzi meydanında və park ərazilərində sakinlərin rahat istirahət etməsi üçün yeni skamyalar və zibil qabları quraşdırılmışdır.
Həyata keçirilən bu tədbirlər ictimai məkanların daha səliqəli və cəlbedici görünüş almasına, eyni zamanda ətraf mühitin mühafizəsinə xidmət edir. Quraşdırılan skamyalar xüsusilə yaşlıların, uşaqlı ailələrin və gənclərin rahat istirahəti üçün əlverişli şərait yaradır. Zibil qablarının yerləşdirilməsi isə ərazilərdə təmizliyin qorunmasına, məişət tullantılarının düzgün idarə olunmasına müsbət təsir göstərir.
Qeyd olunmalıdır ki, abadlıq və quruculuq işləri mərhələli şəkildə davam etdirilir və gələcəkdə digər ictimai məkanları da əhatə edəcəkdir. Bu istiqamətdə görülən işlər şəhər sakinləri tərəfindən razılıqla qarşılanır.
Sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildirir, eyni zamanda hər kəsi ictimai əmlaka qayğı ilə yanaşmağa, təmizliyə riayət etməyə çağırırlar.






