Tərtərdə şahmat turniri keçirilib
20 oktyabr 2025 | 18:15
16-17 oktyabr 2025-ci il tarixlərində Tərtər UGİŞM-də Qarabağ Regional Gənclər və İdman İdarəsi ilə Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı əsasında "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü" münasibəti ilə məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilmişdir.
Olimpiya sistemi əsasında təşkil edilən turnirdə 4 yaş qrupu üzrə ümumilikdə 66 nəfər iştirak etmişdir.
Qaliblər müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.






