Tərtərdə sahibsiz heyvanların peyvəndlənməsi davam etdirilir
Sahibsiz itlərin populyasiyasının artması insanlar və heyvanlar arasında quduzluq xəstəliyinin yayılması təhlükəsi yaradıb. İnsanlar arasında quduzluq xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizliyi Agentliyinin iştirakı ilə ölkə ərazisində insanlar və heyvanlar arasında quduzluq xəstəliyinin ləğv edilməsi, sahibsiz heyvanlar üçün sığınacaqların (stasionar və səyyar) yaradılması, sahibsiz heyvanların sterilizasiyası, vəhşi təbiətdə olan həssas heyvanların və sahibsiz itlərin oral üsulla peyvəndləmə işlərinin aparılması məqsədi ilə mühüm tədbirlər həyata keçirilir.
Bu məqsədlə 2 aprel 2026-cı il tarixdə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətlər Mərkəzinin Tərtər rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin mütəxəssisləri Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsinin nümayəndələrinin iştirakı ilə şəhər ərazisində sahibsiz itlərdə quduzluq xəstəliyi əleyhinə peyvəndləmə tədbirləri həyata keçirilir.
Görülmüş tədbirlər bütün şəhər ərazisində mütəmadi davam etdiriləcəkdir. Hazırda mövcud sahibli itlər arasında da quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir.






